8-ci sinif valideynləri və buraxılış fənn müəllimləri ilə monitorinq təhlili

30.05.2023-cü il tarixdə məktəbin direktoru Xəyalə Əzizova, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasayeva tərəfindən 8-ci siniflərdə dərs aparan buraxılış fənn müəllimləri və valideynlərlə məktəbdaxili monitorinqin təhlili aparıldı. Keçirilən iclasda siniflərin reytinqi, müvəffəqiyyət və keyfiyyət faizi fənn müəllimlərinin və valideynlərin nəzərinə çatdırıldı. Növbəti tədris ili üçün planlaşdırılmış strateji istiqamətlər valideyn və müəllimlərin nəzərinə çatdırıldı. Məktəbin direktoru Xəyalə Əzizova çıxışında bildirdi ki, məktəb dedikdə, şagird valideyn və müəllimdən ibarət bir üçbucaq başa düşülür. Valideyn təhsil prosesinin bir qoludur. Onsuz təhsilin keyfiyyətindən, inkişafından danışmaq mümkün deyil. İclasda valideynlərin və müəllimlərin qarşılıqlı fikir mübadiləsı təşkil olunaraq məktəb rəhbərliyinin tövsiyələri dinlənildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi