Dərsdinləmələr təşkil olunub

28.03.2023-cü il tarixində məktəbin direktoru Xəyalə Əzizova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Səkinə Hüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasayeva məktəbin riyaziyyat müəllimi Aynurə Paşazadənin dərs dinləməsində iştirak etdilər. "Üçbucaqların oxşarlığının məsələ həllinə tətbiqi" mövzusunda keçirilən dərs şagirdlərdə üçbucaqların oxşarlıq əlamətlərinin təkrarlanıb situasiya məsələlərində tətbiqinə təkan verdi. Maraq oyatma mərhələsində klaster (şaxələndirmə) formasından istifadə şagirdlərin diqqətini dərsə cəmləşdirdi. Dərs zamanı zəif nəticəsi olan şagirdlərə diferensial yanaşıldı, fərdi və cütlərlə iş üsullarından istifadə olundu. Məsələlərin həlli müzakirə olunaraq ümumi nəticələr alındı. Dərsin gedişatında verilən formativ rəylər şagirdlərin inkişaf edici xüsusiyyətlərini təkmilləşdirdi. Dərsin son mərhələsində mövzunun mənimsəmə meyarını ölçmə məqsədi ilə refleksiya aparıldı. Şagirdlərə ev tapşırığına göstəriş verilərək dərs sona çatdı. Dərsin sonunda şagirdlərdə keyfiyyət faizi müşahidə olundu. Məktəb rəhbərliyi və Təlimə Dəstək Mərkəzinin metodisti Səkinə Hüseynova dərs haqqında ümumi rəylərini bildirərək inkişaf etdirici məsləhətlər verdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi