Məktəbəhazırlıq siniflərində dinləyib-anlama bacarıqlarının monitorinqi

Dinləyib-anlama uşaqlarda oxuyub-anlama vərdişi formalaşanadək müəllim tərəfindən istifadə olunan ən əsas fəaliyyət növüdür. Müəllimlər dinləyib-anlamadan bütün yaş dövrlərində istifadə etsələr də, oxu vərdişi formalaşanadək, yəni ibtidai sinfin müəyyən dövrünədək bu fəaliyyət növü üstünlük təşkil edir.

Məktəbəhazırlıq dövründə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq dinləyib anlama prosesini daha maraqlı etmək üçün ilkin qaydalar tərtib etmək lazımdır.

Dinləyib-anlama çox vacib və geniş istifadə edilən ünsiyyət vasitəsidir. Onun təməlinin düzgün qoyulması şəxsin bütün həyatı boyunca dinləyərək doğru anlamasını təmin edir. Bu səbəbdən qeyd olunan qaydalara riayət olunmalıdır.

28.03.2023-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq məktəbəhazırlıq qruplarında şagirdlərin dinləyib-anlama bacarıqlarının mənimsəmə səviyyəsinin monitorinqi keçirildi. İlk olaraq dinləmə qaydaları şagirdlərin nəzərinə çatdırıldı. Monitorinqdə istifadə olunan dinləmə mətnləri XRecorder proqramında tətbiq olunaraq elektron variantda şagirdlərə təqdim edildi. Mətnlərdən başqa cümlə təhlili üzərində də iş aparıldı. Şagirdlərin ad, əlamət, say və hərəkət bildirən sözləri necə anladığı və fərqləndirdiyi istiqamətində aparılan cümlə təhlili dinləyib-anlama bacarıqlarınının əsasını təşkil edir. Monitorinq məktəb üzrə 4 məktəbəhazırlıq sinfində həyata keçirildi. Şagirdlərin dinləyib-anlama bacarıqlarınının səviyyəsinin ölçülməsi gələcək təhsil pillələrində oxuyub-anlama bacarıqlarının düzgün formalaşmasına xidmət edən əsas amillərdəndir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi