Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev Azərbaycan xalqi üçün tarixi şəxsiyyətdir.Onun hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti dirçəlişmiş, öz müstəqilliyini yenidən bərpa etmişdir.Dahi şəxsiyyətin gördüyü işlərlə şagirdlərimizi tanış etmək məqsədilə 28 mart tarixində 8ç və 8c sinif şagirdləri üçün Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir. Ekskursiya zamanı şagirdlər Heydər Əliyevin gördüyü işlərlə tanış olmuş və orada olan rəsm sərgisini izləmişlər.