Dərsdinləmələr təşkil olunub

27.03.2023- cü il tarixində məktəbin direktoru Xəyalə Əzizova, təlim -tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasayeva və tərbiyə işlər üzrə direktor müavini Elnarə Məmmədova tərəfindən 2b və 9c siniflərində dərs dinləmələr təşkil olundu.Dərs dinləmədə təlim nəticələri, dərsin mərhələlərnin düzgün qurulması, dərsin məqsədinin altstandarta və məzmuna uyğunluğu,dərs zamanı fəaliyyətin məqsədə uyğunluğu, qiymətləndirmənin dərs boyu aparılması və dərsin sonunda ümumiləşdirmə və refleksiyanın keçirilməsi məqamlarına diqqət yetirildi.