Novruz bayramı Suraxanıda təntənə ilə qeyd olunub

Baharın gəlişinin carçısı olan Novruz bayramı Suraxanı rayonunda da böyük izdihamla qeyd olunub. Martın 17-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı
Afət xanım Həsənovanə, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi
Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Rayon Ağsaqqallar şurasının sədri Arif Babayev, şəhid ailələri, qazilər , idarə, müəssisə və təşkilatların nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir.
Məktəbimizin müəllim və şagird heyəti də bu tədbirdə iştirak etmiş, şagirdlərimiz maraqlı şeirlər oxuyub, nəğmələr səsləndirmişlər.