Şəhid Dostəli Seymur oğlu Məmmədovun ailəsi bayram münasibəti ilə ziyarət edildi

Dostəli Seymur oğlu Məmmədov 28 iyun 1998-ci ildə Bakı şəhər Suraxanı qəsəbəsində dünyaya göz açıb. 2005-ci ildə Əmi Məmmədov adına 101 saylı tam orta məktəbin məzunu olub.
Ailənin yeganə övladı olmasına baxmayaraq Dostəli Vətənin dar günündə ailəsi ilə vidalaşaraq, cəbhəyə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Dostəli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dostəli Məmmədov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub.
Məktəbin direktoru Xəyalə Əzizova, müəllim və şagirdlər bayram münasibətilə şəhidimizin ailəsini ziyarət etmişlər.