"Kimya, biologiya ayliğı" üzrə növbəti nümunəvi dərs

"Kimya, biologiya ayliğı" üzrə növbəti nümunəvi dərs
Məktəbin Biologiya müəllimi Validə Səlimova 7c sinfində "Həşəratların müxtəlifliyi və təbiətdə rolu" mövzusunda nümunəvi dərs təşkil etmişdir. Nümunəvi dərsdə məktəbin direktoru Xəyalə Əzizova və təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasayeva iştirak etdi.
Müəllim təlim nəticələrini reallaşdırmaq üçün qruplarla iş üsulundan istifadə edərək mövzu ilə bağlı tapşırıqlardan hazırlanmış iş vərəqlərindən istifadə etdi.
Yaradıcı tətbiqetmə olaraq "gameshow " alətindən istifadə edərək hazırlanmış testlər vasitəsilə şagirdlərin bilikləri möhkəmləndirildi.
Refleksiya mərhələsində 3.2.1 üsulundan istifadə olundu. Dərs boyu və dərsin sonunda qiymətləndirmə aparıldı.