Məktəbimiz eTwinning layihələrində fəaliyyət göstərən məktəblər arasında yer alır

Məktəbimiz eTwinning layihələrində fəaliyyət göstərən məktəblər arasında yer alır. Bir neçə Avropa Birliyi məktəbi arasında xüsusi qəbul olunmuş mövzu əsasında birgə layihələrin işlənməsi şagirdlərin dünyagörüşünün formalaşmasına böyük zəmin yaradır. eTwinning-də şagirdlər digər ölkələrin şagirdləri ilə inteqrasiya edilmiş mövzularda tapşırıqlar yerinə yetirirlər. Müəllimlərin fasilitatorluğu ilə qurulmuş tapşırıqlar şagirdyönümlü olur. Müasir dövrün təhsil sisteminin innovativliyini özündə əks etdirən eTwinning layihələri şagirdlərin Web-2 alətlərində işləmə bacarıqlarını, dünya ölkələrinin mədəniyyətinə bələdçiliyi, estetik zövqü formalaşdırır. Bu layihələrdə valideyn yanaşması xüsusi yer alır. Müəllim-valideyn münasibətlərinə əsaslanan layihələrdə valideynlər övladlarının layihədə işləməsi üçün xüsusi icazə sertifikatını imzalayaraq müəllimə yaxından dəstək olurlar.

Məktəbəhazırlıq sinif müəllimi 

Aytən Balazairova öz beşyaşlıları ilə hal-hazırda üç layihə çərçivəsində fəaliyyət göstərir. Bunlardan biri yaradıcısı məktəbin ibtidai sinif müəllimləri olan Aytən Balazairova və 

Günay Əcəmovanın "Yeni əl işləri yaradaq!" adlı layihəsidir. Qeyd edək ki, bu layihədə məktəbin ibtidai sinif müəllimi Allahyarova Dürdanə öz birinciləri ilə iştirak edir. Təlim prosesində istifadə olunan əl işlərinin yaradılması məqsədilə həyata keçirilən layihə üç ölkə arasında həyata keçirilir. Qardaş Türkiyənin layihədəki fəallığını xüsusi qeyd etmək lazımdır. Digər iki layihə-"Kiçik əllər gələcəyə toxunur" və " Kiçik toxunuşlar" adlı yaradıcılıq layihələridir. Şagirdlərin böyük marağına səbəb olan layihələr onlara yeni dostlar qazandırır və fərqli öyrənmə mühiti yaradır. Xüsusilə yaradıcısı Türkiyənin İstanbul şəhərində yerləşən 75 il Cümhuriyyət ibtidai məktəbin müəllimi olan Gülkader Sakın "Kiçik əllər gələcəyə toxunur" layihəsində istifadə olunan Word Woll, Chatter kid, Voki, Plickers, Photograph Puzzle,

LearningApps, Storyjumper proqramlarında oyun əsaslı təlimə əsaslanan tapşırıqların yerinə yetirilməsi şagirdlər üçün daha maraqlı və sevindirici haldır. Belə layihə əsaslı dərslərin təlim prosesində geniş vüsət alması şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə böyük təkan verir. Məktəbimizin eTwining layihələrində fəaliyyət göstərən müəllim və şagirdlərinə müvəffəqiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi