Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov

Sovet İttifaqı Qəhrəmanı Məmmədov Əmi Ağa oğlu Bakının Yeni Suraxanı qəsəbəsində dünyaya göz açmışdır. 1941-ci ildə
İkinci Dünya Müharibəsi zamanı misilsiz şücaət göstərmişdir. 1944-cü ildə 22 yaşında şəhid olmuşdur. Yeni Suraxanı qəsəbəsində gənc şəhidin xatirəsinə həsr olunmuş küçə, məktəb və abidə mövcuddur.
Ailəsi məktəbimizə bir xatirə olaraq şəhidimizin lövhəsini hədiyyə etmişdir.
Lövhənin ərsəyə gəlməsində
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov və Yeni Suraxanı qəsəbə Bələdiyyə sədri Fikrət Quliyevə başda məktəb rəhbərliyi olmaqla məktəbin bütün kollektivi adından təşəkkürümüzü bildiririk.