8 Mart - Beynəlxalq Qadınlar Günü

Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbdə tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə ibtidai sinif şagirdləri müəllimlər üçün şeirlər söyləmiş, mahnılar səsləndirmiş və rəqslər nümayiş etmişlər. Tədbirdə həmçinin gənc nəslin təlim- tərbiyəsində rolu olan ibtidai sinif müəllimi Şahnaz Babayeva məktəbin direktoru Xəyalə Əzizova tərəfindən təşəkkürnamə ilə təltif olundu.