“Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməciliyi keçirildi

Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün Novruz bayramı ərəfəsində “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxt ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməciliyi keçirildi. Bunun davamı olaraq bir çox müəssisələrdə də iməcilik işləri həyata keçirilir. 5 mart 2023-cü il tarixində Suraxanı rayonu Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyinin iştirakı ilə səhər saatlarında məktəbyanı sahədə təmizlik işləri həyata keçirildi.
İməcilikdə sahədə təmizlik işləri aparılmaqla yanaşı yaşıllıqlara xüsusi diqqət yetirildi, ağaclar budandı. Təsərrüfat işləri üzrə direktor müavininin göstərişləri əsasında əməkdaşlar səliqə-səhman yaradılması işlərində fəallıq göstərdilər.
Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan məktəb işçiləri iməcilikdə yaxından iştirak etdilər.