Xocalı soyqırımından 31 il ötür

Məktəbdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş
"Xocalıdan beş yaşlı Mələk" adlı tədbir keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti nümayəndələri, Ağsaqqallar şurasının sədri
Arif Babayev, Suraxanı rayon bələdiyyə sədri Fikrət Quliyev iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin ibtidai sinif müəllimi Əsgərova Dilarə müharibənin bəşəriyyətin ənənəvi dəhşətli xəstəliyi ,soyqırımın sağalmaz yara olduğu bildirdi və qeyd etdi ki, o dəhşətli gecədə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Lakin bircə günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 günahsız Xocalı sakinindən 613 düşmənin amansız gülləsinə tuş gəlib bu qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Tədbirdə şagirdlər tərəfindən şeirlər, mahnılar səsləndirildi, səhnəciklər nümayiş olundu.
2020-ci ilin tarixi qələbəni qazanan rəşadətli ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.