BŞTİ tərəfindən monitorinq keçirildi!

BŞTİ tərəfindən monitorinq keçirildi!
Məktəbin VIII və IX sinifləri üzrə monitorinq keçirilmişdir. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.
Monitorinq tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir.
Təhsilalanlara tədris dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunmuşdur. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilmişdir.
Monitorinqin nəticələri bal və məzmun təhlili formasında yaxın günlərdə məktəbə təqdim olunacaqdır.