Təlimlərin təşkili

MİP-ə əsasən məktəbin pedaqoji heyətinin peşəkar inkişafı üçün təlimlər təşkil olunmuşdur.
Müəllimlərin metodika və ixtisas hazırlığının təkmilləşdirilməsi, onların özlərinin yeniliyə maraq göstərməsi, daim öz bilik və bacarıqlarının artırması, özünütəhsil,
özünütərbiyə və pedaqoji yaradıcılıqla məşğul olması onun peşəkar və səriştəli pedaqoq kimi formalaşmasının əsasında durur. Respublikamızda aparılan təhsil islahatları pedaqoji innovasiyalara geniş yol açmaqla yanaşı, Avropa təhsil standartlarına
uyğun gələn yeniliklər aparmağı, innovasiyaları tətbiq etməyi zəruri edir. Müəllimlərin peşəkarlıq və səriştəlilik səviyyəsinin
artırılması bu zəruriyyətdən irəli gələrək günümüzün prioritet vəzifələrindən birinə çevrilir.
Məktəbin Azərbaycan dili və Riyaziyyat müəllimləri üçün məktəbdə təlimlər təşkil olundu. Təlimlərdə yeni sual modellərinin praktik həlləri və DİM -in sual modellərinə uyğun tapşırıqlar həll olundu və müəllimlərin sualları cavablandırıldı. Müəllimlər ixtisaslarına aid suallarda fikir mübadiləsi etdilər.