Xarici dillər aylığı

Xarici dillər aylığı

Məktəbimizdə 3 xarici dil tədris olunur: ingilis, fransız və rus dili.

Fənn aylığında divar qəzetləri,nümunəvi dərslər, ingilis dili dərslərində səhnəciklər və s. təşkil olunacaqdır. Fənn aylığının məqsədi xarici dil fənlərinin tədrisinin yüksəldilməsi, şagirdlərin xarici dilə marağının artırılmasıdır.

Məktəbin ingilis dili müəllimi Şölə Mahmudova 3a sinfində "Subjects and activities" mövzusunda nümunəvi dərs təşkil etmişdir.Standart: 1.1.2. Dinlədiyi mətnə aid sadə tapşırıqları yerinə yetirir. 2.2.3 Şəkildə əks olunan əşya, hadisə və situasiyaları öyrəndiyi sözlərlə təsvir edir.Dərsin məqsədi: Məktəb fənnlərini və onlara aid olan fəaliyyətləri müəyyən etmək və cümlələrdə tətbiq etmək.

Şagirdlərə dinləmə mətni səsləndirildi və interaktiv dərs keçirildi. Dərsin sonunda 3a sinif şagirdləri təlim nəticələrinə yiyələndilər. Nümunəvi dərsdə Məktəbin direktoru Səkinə Hüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasayeva iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi