"Naturadan rəsm" mövzusunda layihə

Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Biliyini paylaş" layihəsi müəllimlərin bir-birindən öyrənməsi, həmçinin təcrübə mübadiləsi aparması baxımından əlverişli şərait yaradır. Layihə əsaslı öyrənmənin təlimdə tətbiqi məqsədilə mentor və komanda üzvlərinin bir araya gətirilməsi, pedaqoji fəaliyyətin ən müxtəlif aspektlərinin yaxından öyrənilməsi, ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması yönündə belə layihə platformasının yaradılması olduqca faydalıdır.

Məktəbimizdə 4 müəllimdən ibarət komandanın birgə fəaliyyəti artıq bir aya yaxındır ki, davam edir. Layihənin planına əsasən mentorun komanda üzvlərinin dərslərində öyrəndikləri bilikləri hansı səviyyədə tətbiq etdikləri istiqamətində 29 dekabr 2022-ci il tarixində ibtidai sinif müəllimi İntizar Həbibovanın dərsi müşahidə edildi. 2-ci sinifdə Təsviri incəsənət fənni üzrə 

"Naturadan rəsm" mövzusu layihə əsasında şagirdlərə mənimsədildi. Şagirdlər öyrəndiklərini layihə müddətində tətbiq edərək sevdikləri oyuncağın naturadan təsvirini yaratdılar. Daha sonra təqdimat edərək nə üçün bu oyuncağı sevdiklərinin səbəbini açıqladılar. Dərs maraqlı və şagirdlərin tələblərinə uyğun quruldu. Məhz bu səbəbdən də öyrənmə uğurlu alındı. Dərsin sonunda mentor Aytən müəllimə komanda üzvü İntizar müəllimə ilə mövzu əsasında müzakirə apararaq təklif və tövsiyələrini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi