Layihə iştirakçısı-mentorun komanda üzvlərinin dərslərində iştirakı

Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Biliyini paylaş" layihəsində mentor Aytən Fikrət qızı Balazairova öz komandası ilə layihə proqramındakı fəaliyyətləri məsuliyyətlə həyata keçirir. Layihənin fəaliyyət planına əsasən 3-cü mərhələdə mentor komanda üzvlərinin dərslərində iştirak edərək layihə müddətində qazandıqları bilikləri dərsdə hansı səviyyədə tətbiq etdikləri vəziyyəti ilə maraqlanır. 28 dekabr 2022-ci il tarixində komanda üzvü Afaq Məmmədovanın riyaziyyat dərsində "Hissələr, kəsrlər" mövzusu dinlənildi. Müəllim dərsdə mövzunu həyatla əlaqələndirərək sonuncu mərhələdə hissələrin tapılmasını "dairə üzrə hərəkət" üsulu ilə refleksiya etdi.

Mentorun iştirak etdiyi növbəti dərs müəllim Allahyarova Dürdanənin 1-ci sinifdə "Ədəd oxu üzərində hesablama" mövzusu oldu. Müəllim mövzunu oyun əsaslı təlimlə mənimsətdi. Belə ki, şagirdlər müvafiq hesablamaları ədəd oxu üzərində hoppanaraq yerinə yetirdilər. Əyləncəli didaktik oyunu şagirdlər sevinc və maraqla qarşıladılar. Aytən müəllimə komanda üzvləri ilə qarşılıqlı fikir mübadiləsi apararaq onlara müntəzəm təlim prosesində layihə və oyun əsaslı öyrənməni tətbiq etməyi tövsiyə etdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi