VII-IX siniflərdə monitorinqlər keçirilib

Vll-lX siniflərdə monitorinqlər keçirilib..
27 dekabr 2022- ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində Monitorinq 2 keçirilmişdir.
Monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.
Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılmışdır.
Eyni monitorinq materialları həm 7-ci,
həm də 9-cu siniflərə təqdim olunmuşdur.
Monitorinq materialları Azərbaycan və
rus bölmələrində iki variatda
hazırlanmışdır. Monitorinq 2,5 saat (150
dəqiqə) davam etmişdir
Monitorinq zamanı nəzarətçi müəllimlər tərəfindən materialların üz qabığıdakı məlumatlar şagirdlərin diqqətinə çatdırılmışdır