"Uşaqların yaxın dostu - Zahid Xəlil "

"Uşaqların yaxın dostu - Zahid Xəlil "
"Azərbaycan uşaq nəsrinin inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən
Zahid Xəlil uşaq dünyasının, uşaqların xəyal aləminin bədii inikasını
yaratmaq üçün poeziyanın sehrli və sirli boyalarından məharətlə istifadə
etmiş, uşaqların estetik-bədii zövqünü formalaşdırmaqdan ötrü bütün
imkanlardan ustalıqla yararlanmışdır".
Füzuli Əsgərli
Filologiya elmləri namizədi
Zahid Xəlil uşaq psixologiyasını yaxından bilən yazıçılarımızdandır. Uşaqlar
onun şeirlərini, hekayələrini tez qavrayırlar. Onu oxucularımıza sevdirən məhz
yazıçının bu xüsusiyyətidir. Uşaq ədəbiyyatına böyük qiymət verən şairin uğurları
da elə burdan doğur.
Məktəbimizin kitabxana müdiri
Sübhanova Səidə, kitabxanaçı
İsmayılova Gülcamal 4-cü siniflərdə oxu saatında Zahid Xəlilin
"Kralın kreslosu" hekayələr kitabını oxuyub müzakirə etdilər. Şagirdlərə dinlədikləri hekayələr haqqında esse və təqdimatlar hazırlanması tövsiyyə edildi.