Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Biliyini paylaş" layihəsi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Biliyini paylaş" layihəsi məktəblərdə inkişafın təmin olunması, müasir tələblərə cavab verən təlim prosesinin qurulması istiqamətində təhsilimizə böyük töhfələr verir.Bildiyimiz kimi günümüzün məktəb modelləri fəaliyyət əsaslı təhsil, o cümlədən, layihə,oyun əsaslı təhsil,fənlərarası inteqrasiya və qarşılıqlı öyrənmə məsələlərini ehtiva edir.Bu məsələləri prioritet tutan "Biliyini paylaş" layihəsi müvafiq plan əsasında davam edir.Məktəbəhazırlıq sinfinin ibtidai sinif müəllimi Aytən Fikrət qızı Balazairova layihə proqramı üzrə məktəbdə öz komandası ilə mentorluq fəaliyyətini həyata keçirir. Növbəti fəaliyyət prosesi 22 dekabr 2022-ci il tarixində həyata keçirildi. Komanda üzvü Afaq İbrahim qızı Məmmədova mentor müəllimin Savad təliminə hazırlıq və nitq inkişafı fənnində "O o hərfi və səsi" mövzusunda dərsdə iştirak etdi.Muəllimin dərsi müasir tədris-təlim prosesi istiqamətində qurması, məqsədlə sıx əlaqəli olan təlim nəticələrinin əldə etməsi həlledici faktorlardan biri oldu.Şagirdlərlə birgə həyata keçirən "Səsi özün yarat" adlı qısa müddətli layihə işi,"Səs harada gizlənib?" oyunu mövzunu maraqla öyrənməyə xidmət etdi.Qarşılıqlı öyrənmə prosesində əylənərək öyrənmə Afaq müəllim ilə şagirdlər arasında motivasiya və ruh yüksəkliyinə səbəb oldu.Müəllim dərsdən yeni təcrübələr toplayaraq xoş təəssüratlarla ayrıldı.