Metodbirləşmə rəhbərləri ilə işin təşkili

Metodbirləşmələrlə işin təşkili
20.12.2022-ci il tarixdə fənn metodbirləşmə sədrləri ilə məktəb rəhbərliyi növbəti
iclas keçirdi. İclasda 4-cü siniflər üzrə tədrisin keyfiyyətinin artırılması , təlim nəticələri aşağı olan şagirdlərlə xüsusi plan üzrə işin təşkili, Böyük summativ qiymətləndirmənin mərkəzləşdirilməsi müzakirə olundu.
Təbiət fənləri üzrə tədrisin keyfiyyəti, Fizika, Biologiya, Kimya fənlərinin tədrisi vəziyyəti, şagirdlərin təbiət fənlərinə marağının artırılması, şagirdlərlə həvəsləndirici tədbirlərin keçirilməsi haqqında danışıldı.
Monitorinqlərin təhlili və qarşıda duran məsələlər müzakirə olundu.
Dərslərdə real həyatla əlaqələndirmənin, yuxarı təfəkkürü əhatə edən tapşırıqların hazırlanması, dərslərdə laboratoriya işlərinin vacibliyi vurğulandı. Böyük summativ qiymətləndirmənin təşkili də müzakirə olundu.