Biliyini paylaş layihəsi

#biliyinipaylaş
"Biliyini paylaş" layihəsinin fəaliyyət planına əsasən 21 dekabr 2022-ci il tarixindən başlayaraq mentor Aytən Fikrət qızı Balazairovanın dərs prosesində komanda üzvlərinin müntəzəm iştirakı təmin olunmuşdur.Belə ki,seminarlardan sonrakı mərhələdə təlim zamanı təcrübələrdən faydalanma prosesi məktəbin ibtidai sinif müəllimi Dürdanə Canpolad qızı Allahyarova tərəfindən həyata keçirildi. Riyaziyyat dərsində "Həndəsi fiqurlar" mövzusunda tətbiq olunan innovativ metodlar,şagirdlərin intellekt səviyyəsini əhatə edən öyrənmə tərzinə uyğun maraqlı resurslar müəllimlərin qarşılıqlı təcrübəsi əsasında müzakirə olundu.Layihənin tələb etdiyi çərçivəyə əsasən mentor müəllim tərəfindən yeni və faydalı biliklər tətbiq olundu.Dərsin sonunda Dürdanə Allahyarova mentor müəllimə qarşılıqlı təcrübə mübadiləsi üçün minnətdarlığını bildirdi.