Oyunlarla öyrənirik

Oyunlarla öyrənirik
Bakı şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi "Biliyini paylaş" layihəsinin fəaliyyət planına əsasən 19 dekabr 2022-ci il tarixində məktəbəhazırlıq sinfinin ibtidai sinif müəllimi Aytən Balazairova öz komandası ilə növbəti seminarı təşkil etdi."Təlimdə oyun əsaslı öyrənmənin əhəmiyyəti" mövzusunda keçirilən seminarda komanda üzvləri ilə oyunla mövzunu mənimsətmə,innovativ oyun metodları,"ChatterKid" proqramı ilə şagirdləri rəğbətləndirmə, didaktik,hərəki oyunların dərsdə tətbiqi üsulları təqdim olunaraq müzakirə olundu.Oyun əsaslı təlimi əks etdirən maraqlı və öyrədici real dərs nümunələri nümayiş etdirildi."Uşaqlar oyun oynayaraq necə öyrənirlər?" sualı əsasında geniş müzakirələr aparıldı.Qrup oyunlarının şagird təfəkkürünə təsiri,oyun əsaslı öyrənmədə buzqıran strategiyaların rolu qeyd edildi.Mütəhərrik oyunlarla şagirdlərdə formalaşan çeviklik,fiziki cəhətdən təkmislləşmənin vacibliyi vurğulandı.