Peşəkar inkişafımız

Peşəkar inkişafımız

Məktəbin 40 nəfər pedoqoji heyəti "Sinfin idarə olunması" və "Qiymətləndirmə" təlimində iştirak etdi.

Müasir təhsil sistemində baş verən dəyişikliklər müəllimin təkmilləşməsini, peşəkarlığının yüksəlməsini tələb edir. Çünki yalnız müstəqil düşünən, öz fəaliyyətinin nəticələrini əvvəlcədən görə bilən, təhsil prosesini moddəlləşdirən müəllim qarşıya qoyulmuş məqsədə çatmağın qarantımola bilər.

Müəllim öz ehtiyaclarını özü seçməli və öz üzərində işləməlidir. Müəllimə daima metodiki dəstək vermək məktəbin fəaliyyət planında öz əkdini tapmalıdlr.

Müəllimin təkmilləşmə kurslarında iştirakı dərsdən sonrakı fəaliyyətinə aiddir. Məktəbdəki fəaliyyətindən fəaliyyətindən ayrılmamaqla müəllimin peşəkarlığının artırılması isə vacindir.

Müəllimlərin inkişaf edən peşə mühitinin formalaşmasında onlarla keçirilən təlim mühüm rol oynayır. Məktəbdə öyrədici seminarların, təlimlərin keçirilməsi vacibdir.

Peşəkarlığın artmasında özünütəhsilin də rolu böyükdür. Müəllimlik yaradıcı peşədir.

101 N-li tam orta məktəbin pedoqoji heyəti öz ehtiyaclarına uyğun təkmilləşməyə hazır olan kollektivdir. Bu çətin və qürurlu işdə onlara uğur arzulayırıq.

Xatırladaq ki, təlim Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirildi. Təlimçi Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilən, Azərbaycan Respublikası Təhsil İnstitutunun təlimçisi Elgün Əliyev idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi