Ümumilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş dama oyunu üzrə yarış keçirildi

Ümumilli lider Heydər Əliyev dünyanın ən böyük zəka sahiblərindən biridir. 12 dekabr tarixində məktəbin fəaliyyət planına uyğun olaraq Əbədiyaşar liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş dama oyunu üzrə yarış keçirildi. Bu intellektual yarışın dahi rəhbərin adı ilə bağlı olması təsadüfi deyil. 5-11-ci siniflər arasında keçirilən yarışda şagirdlər birincilik uğrunda mübarizə apardılar. Yarış Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında başlamışdır. Oyundan əvvəl məktəbin fiziki tərbiyə müəllimləri:Mirzə Mirzəyev, Elnur Zeynalov, Təhminə Quliyeva yarış iştirakçılarını salamlayıb və onlara oyun qaydalarını başa salaraq, uğurlar arzulayıb. Oyun Olimpiya sistemində keçirilib, yəni məğlub olan şəxs oyunu tərk edib. Yarışın sonunda qaliblər diplom və medallarla təltif olunmuşdur. 1-ci yerdə Həsənov Kamran, 2-ci yerdə Nəhmədov Əli, 3-cü yerdə Həsənov Emin və Babazadə İsmayıl qərarlaşmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi