Əbədiyaşar lider ulu öndər Heydər Əliyevin ölümündən 19 il keçir

Şərəfli ölüm ayrılıq deyil, cismani yoxluqdur. O yoxluqdan 19 il keçsə də, milyonların isti ürəyi bu varlığı yaşadır. Bu tarixi şəxsiyyət ümummilli liderimiz, ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev tarixdə izini qoyub əbədiyyətə qovuşsa da, ideyaları ilə, əməlləri ilə, amalları ilə daim yaşayır. Xalqımız dahi rəhbərin xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Məktəbimizdə ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün xüsusi guşə yaradılıb. Məktəbin foyesində yaradılan, müəllim və şagirdlərin diqqətini cəlb edən guşədə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar və digər materiallar yer alıb.

Eyni zamanda guşədə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və digər dövri nəşrlər də nümayiş olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi