Dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

Dahi şəxsiyyət
Məktəbimizin Azərbaycan dili müəllimləri 09.12.2022-ci ildə Ümummilli liderimizin vəfatının 19 -cu ilinə həsr edilmiş "Dahi" adlanan möhtəşəm tədbir hazırlamışlar.
Tədbirdə Ulu öndərin ikinci dəfə Azərbaycana başçılıq etməyə başlarkən ölkəmizdə baş verən hadisələri kompazisiya şəklində tərtib etmişdilər. Dahi şəxsiyyətin gəlişi ilə Azərbaycan yenidən çiçəkləndi, dövlətimiz qüdrətli dövlətə çevrildi.
Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Dahi rəhbər xalqımızın ən çətin anında - sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu Öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı. Bu dahi insan XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü və ardıcıl fəaliyyət göstərdi, xalqımızın nəyə qadir olduğunu nümayiş etdirdi, insanlarda azadlıq, müstəqillik ruhunu yüksəltdi, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, xalqı isə cəsur əsgərə çevirməyi bacardı.
Ümummilli Liderimiz müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdi.
Tədbirdə Ulu öndərin həyatı, keçdiyi keşməkeşli yollardan, təhsilimizə verdiyi töhfələrdən danışıldı.
Ulu öndərin anım gününə həsr olunmuş tədbirdə Suraxanı rayonu Yeni Azərbaycan partiyasının sədr müavini Salman Əbdülov və Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Əsədullayev iştirak etmişdir.