Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Biliyini paylaş” layihəsinin 1-ci mərhələsini ibtidai sinif müəllimi Balazairova Aytən uğurla başa vurdu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Biliyini paylaş” layihəsinə start verilmişdir. İki mərhələdən ibarət olan layihənin keçirilməsində əsas məqsəd ümumi təhsil məktəblərində interaktiv və əsaslandırılmış tədrisə yönəlmiş layihə əsaslı öyrənmənin dərs prosesində tətbiqi ilə bağlı aktual məsələyə diqqətin artırılması, bu istiqamətdə yaradıcı və yenilikçi müəllimlərin qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir.
Birinci mərhələdə layihə əsaslı tədris barədə məlumatlı olan, layihə əsaslı öyrənməni dərs prosesində tətbiq etməyi bacaran yenilikçi və qabaqcıl müəllimlər müəyyənləşdiriləcək.
1-ci mərhələsini uğurla başa vuran məktəbəhazırlıq sinfinin ibtidai sinif müəllimi Aytən Fikrət qızı Balazairova layihənin Təşkilat Komitəsinin qərarına əsasən layihənin ikinci mərhələsində iştirak etmək hüququ qazanmışdır.Qeyd edək ki müəllim layihədə "Oyun əsaslı və layihə əsaslı öyrənmənin ibtidai siniflərdə əhəmiyyəti" mövzusu ilə iştirak edir.
Aytən müəllimə uğurlar arzulayır və inanırıq ki, ikinci mərhələdə də aktiv fəaliyyət göstərərək həyata keçirəcəyi layihələrdə kreativ ideyaları ilə fərqlənəcəkdir.