Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şairə-jurnalist Esmira Günəşin "Qarabağın xarıbülbülləri" kitabının təqdimatı
06.12.2022-ci il tarixində Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şairə-jurnalist Esmira Günəşin "Qarabağın xarıbülbülləri" kitabının təqdimatı oldu. Kitabda məktəbimizin şəhid məzunu Dostəli Məmmədov haqqında məlumat və ona həsr edilmiş şeir çap edilmişdir. Xatırladaq ki, Dostəli ailənin tək övladı olmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət etsin!