MƏKTƏBƏHAZIRLIQ YAŞ DÖVRÜNDƏ İNTELLEKTUAL İNKİŞAF ÜÇÜN YARADILAN ŞƏRAİT

Məktəbəhazırlıq dövrünün təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir.Uşaqlar şən, emosional təbiətə malikdirlər.Onları oyun əsaslı öyrənmə ilə təlimə cəlb etmək daha məqsədəuyğundur.Məhz bu səbəbdən də sinif otaqlarında məktəbəhazırlıq yaş dövründə şagirdlərin intellektual inkişafı üçün lazım olan şərait yaradılmalıdır.Dərs prosesinin şagird üçün əlçatan,maraqlı edən prioritet səbəblərdən biri də dəstəkləyici mühitin yaradılmasıdır.