Noyabrın 26-da 20 nömrəli məktəb-liseydə riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib

Noyabrın 26-da 20 nömrəli məktəb-liseydə riyaziyyat müəllimlərinin I Bakı forumu keçirilib.
Forumda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil məktəblərindən 465 -ə yaxın riyaziyyat müəllimi iştirak edib. Açılış nitqi ilə çıxış edən 200 nömrəli məktəb-lisey kompleksinin direktoru, eyni zamanda formun təşkilatçısı Esmira Quliyeva riyaziyyat fənninin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva riyaziyyatın fəlsəfənin özəyi olduğunu söyləyib. Rəqəmsal dövrdə yaşadığımızı vurğulayan Mehriban xanım Vəliyeva riyaziyyatın tədrisində yeni yanaşmaların vacibliyindən söz açıb.
Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu riyaziyyat müəllimlərinin şagirdlərin gələcək həyatlarında vacib rola malik olduğunu deyib.
Forum panel müzakirələrlə davam edib.
Panel sessiyasında Bakı şəhəri, Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin direktoru Hüseynova Səkinə "Layihə əsaslı öyrənmə" mövzusunda geniş təqdimatla çıxış edib.
Forumda məktəbin riyaziyyat müəllimi Aynurə Paşazadə və ibtidai sinif müəllimi Afaq Məmmədova iştirak etmişdir.