Bu gün məktəbimizdə 20 noyabr 1989-cu ildə BMT - nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq hüquqları Konvensiyası mövzusunda tədbir keçirilmişdir

Bu gün məktəbimizdə 20 noyabr 1989-cu ildə BMT - nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq hüquqları Konvensiyası mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin direktoru Hüseynova Səkinə, tərbiyə işləri üzrə direktor müavini Məmmədova Elnarə, Uşaq birliyinin rəhbəri Yaxşıyeva Sevinc , məktəbin psixoloqu Rəhimova Mətanət və digər şəxslər iştirak etmişdilər. Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmışdı. Burada şagirdlər Uşaq hüquqları Konvensiyasında öz yerini tutan maddələrlə qonaqları tanış etdilər. Tədbirin sonunda məktəbin direktoru Hüseynova Səkinə xanım şagirdlərə öz hüquq və vəzifələrini bilmək və layiqincə yerinə yetirməyi arzuladı. Bu işdə onlara uğurlar arzuladı.