" Xəstələnmiş kitablar " layihəsi

21 noyabr 2022-ci ildə məktəbdə məktəbəhazırlıq sinfinin ibtidai sinif müəllimi Aytən Balazairovanın müəllifi olduğu «Xəstələnmiş kitablar» adlı layihənin açılışı oldu.Beşyaşlılar əvvəlcə sinifdə kitablar haqqında aforizmlər söyləyərək onların həyatımızdakı rolu haqqında məlumat verdilər.Daha sonra məktəbin kitabxanasına gedərək orada yararsız halda olan kitabları bərpa etdilər.Kitabxanaçılarla birgə həyata keçirilən layihə əsaslı öyrənmə şagirdlərin böyük marağına səbəb oldu.Qeyd edək ki,icrası uzunmüddətli nəzərdə tutulan «Xəstələnmiş kitablar» layihəsi digər siniflərdə və məktəbdənkənar tədbirlərdə də həyata keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi