2ç sinif şagirdləri Həyat bilgisi fənnindən "Yol hərəkəti qaydaları" mövzusu ilə əlaqədar tədbir keçiriblər

Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin 2ç sinif şagirdləri Həyat bilgisi fənnindən "Yol hərəkəti qaydaları" mövzusu ilə əlaqədar keçirilən tədbirdə fəal iştirak edərək öz layihələrini təqdim etdilər. Yol nişanlarından,nəqliyyat vasitələrindən, yeraltı və yerüstü piyada keçidlərindən düzgün istifadə etməklə öz həyatlarının təhlükəsizliyinin təminatı olduğunu vurğuladılar. Şagirdlər qeyd etdilər ki, yol hərəkəti qaydalarının pozulması ilə baş verən itkilər elə xəstəlik, müharibə nəticəsində baş verə bilən itkilər qədər amansızdır. Sağlam, təhlükəsizlik şəraitində yaşamaq istəyiriksə, qaydalara əməl etməliyik.

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi