Məktəbin 10 c sinif şagirdləri " Qənimətlər parkı"na ekskursiya ediblər

05.11.22 tarixində Ə.Məmmədov adına 101 saylı tam orta məktəbin biologiya müəllimi Hüseynzadə Aynurə "Zəfər günü" və "Bayraq günü" ilə əlaqədar 10-cu sinif şagirdlərinin "Qənimətlər parkı"na ekskursiyasını təşkil etmişdir. "Qənimətlər parkı" Azərbaycan Silahlı Qüvvələrinin Ikinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən Rusiya istehsalı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir.