Məktəbin valideyn komitə sədrləri ilə iclas

31.10.2022-ci il tarixdə məktəbin valideyn komitə sədrləri ilə iclas keçirildi. İclasda "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənnməsi üzrə təlimat" , məktəb-valideyn münasibətləri, təlim tərbiyə prosesində valideynlərin rolu və şagird nailiyyətlərinin keyfiyyətinin yüksəldilməsi müzakirə olundu.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. Valideynlər müzakirədə aktiv iştirak etdilər.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi