Bu gün məktəbimizdə fənn olimpiadası keçirildi

Qeyd edək ki, hələ sovet dövründən keçirilən bilik yarışması böyük ənənəyə malikdir. Eyni zamanda, o dövrdən başlayaraq, təkcə ittifaq səviyyəsində deyil, respublika, şəhər və rayon səviyyəsində də olimpiadalar keçirilib. Ölkəmiz müstəqillik qazanandan sonra şagirdlərimiz təkcə ölkə səviyyəsində deyil, həmçinin beynəlxalq olimpiadalara qatılırlar. Ancaq ölkədə keçirilən bilik yarışması son iki ildə müəyyən dəyişikliklərə imza atıb. Təhsil naziri Mikayıl Cabbarovun xüsusi diqqət göstərdiyi olimpiadanın keçirilməsində kütləviliyi və obyektivliyi təmin etmək, ədalətli rəqabət mühiti yaratmaq və istedadlı uşaqları vaxtında müəyyən edib potensialını düzgün istiqamətə yönləndirmək istiqamətində mühüm addımlar atılıb. Hazırda olimpiadaların keşirilməsi Təhsil Nazirliyinin prioritet sahələrindən birinə çevrilib. Bu demək olar ki,bir ənənə halı alıb. Bizdə bu ənənəyə sadiq qalaraq bu gün məktəbimizdə fəaliyyət planına uyğun olaraq fənn olimpiadası keçirdik. Olimpiadada şagirdlərin bir çox qismi iştirak edirdi. Olimpiada yuxarı sinif şagirdlərindən təşkil olunmuşdu. Şagirdlər öz biliklərini yoxlamaq üçün olimpiadada çox böyük həvəslə iştirak edirdilər.Yoxlayıcı və nəzarətçi müəllimlər əvvəlcədən təyin olunmuşdular. Biz ümidvarıq ki, bu kimi bilik yarışlarının keçirilməsi şagirdlərimizin yüksək təhsil almasında böyük rol oynayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi