Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş konfrans keçirildi

15 noyabr 2016-cı il tarixində Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş konfrans keçirildi.Konfrans Azərbaycanın himni səsləndirildikdən sonra açıq elan edildi.Konfransda müəllim və şagird kollektivi ilə birlikdə Ceyhun Hacıbəylinin həyat fəaliyyəti barədə çıxışlar dinlənildi.Azərbaycan dili və ədəbiyyat müəllimi Sevil Mədətova İstiqlal aşiqi,ədəbi –mədəni mətbu, ictimai siyasi həyatda parlaq iz qoymuş, yazıçı-publisist, tərcüməçi,nasir,redaktor,ictimai xadim Ceyhun Hacıbəyli haqqında söhbət açdı.Konfransdan sonra şagirdlər dəyirmi masa arxasında onun kitabları haqqında müzakirələr apardılar. Müzakirələr zamanı qeyd etdilər ki, milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi