Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Bu münasibətlə Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdədə tədbir keçirildi. Tədbir Azərbaycanın himni səsləndirildikdən sonra açıq elan edildi.Tədbirdə şagirdlərə bayraq bayramının yaranma tarixindən məlumat verildi.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.Tədbirdə şagirdlər Azərbaycanımız və üçrəngli bayrağımız haqqında şeirlər deyib,mahnılar oxudular. Tədbirin sonunda məktəbin direktoru Səidə Məmmədovada Azərbaycanımızın müstəqilliyindən, bayrağımızın tarixindən şagirdlərə qısaca məlumat verdi. Tədbiri təşkil etdiyinə görə şagirdlərə və əməyi keçən müəllimlərə xüsusi təşəkkürünü bildirdi. Vətənpərvərlik mövzusunda tədbirlərin tez-tez keçirilməsini tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi