Müstəqilliyimizin 25-ci ildönümü qeyd olundu

Bu gün müstəqilliyimizin 25-ci ildönümü məktəbimizdə qeyd olundu. Tədbir əsasən “Dəyirmi masa” arxasında keçirildi. Dəyirmi masanı məktəbimizin tarix müəllimi Fərəcova Kamilə məktəblilərimizin iştirakı ilə təşkil etmişdir. Dəyirmi masada müstəqilliyimizə gedən yol , müstəqilliyimizin qazanılmasında, müstəqilliyimizin möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıldı.Onun layiqli davamçısı prezident İlham Əliyev və müasir Azərbaycan haqqında müzakirələr edildi. Şagirdlərə müstəqilliyə gedən çətin yol haqqında geniş məlumat verildi. Şagirdlərə müstəqillik günü ilə bağlı hazırlanmış videoçarx təqdim olundu. Sonda müstəqilliyin önəmi və onu qorumağın hər birimizin borcu olduğu vurğulandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi