5 oktyabr Müəllim günü münasibəti ilə tədbir keçirildi

Hər il ənənəvi şəkildə qeyd edilən müəllim günü 1965-ci il SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilib. Müstəqillik qazandıqdan sonra isə bu peşə bayramı hər il oktyabır ayının ilk bazar günü qeyd edilir. Təqvimdə rəsmi bayram günü kimi qeyd edilməsədə, müəllim ordusu üçün bu gün elə əsl bayramdır. Bu bayram bu gündə var, sabahda olacaq. Çünki Azərbaycan cəmiyyətində müəllim peşəsi həmişə hörmətli peşələrdən biri olmuşdur. Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünyagörüşünün formalaşması, yəni gələcək mütəxəsisin ilk hazırlığı orta məktəb illərindən başladığı üçün hər bir valideyin məktəb yaşına çatmış övladını müəllimə etibar edir. Əsl müəllim isə həmişə əsl insan, yaxşı şagird yetişdirməyə çalışır. Adı həmişə uca tutulan müəllimlərimizin peşə bayramı münasibəti ilə qeyd olunan tədbir ulu öndər Heydər Əliyevin müəllim haqqında söylədiyi fikirlərlə başlayaraq açıq elan edildi. " Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir". Gələcək gənclərin, gənclər isə Müəllimlərin əsəridir!!! Heydər Əliyev.Tədbirdə həmçinin əsl müəllimin pedoqoji qabiliyyətləri, insani keyfiyyətlərindən söz açıldı. Hamıya ömürlərindən pay verən müəllimlərimizə hər zaman can sağlığı, üzlərində təbbəssüm arzu edildi. Şagirdlərin hazırladığı şeirlər, səhnəciklər, rəqslər dinlənildi. Sonda isə “ Bayramınız mübarək əziz müəllimlərimiz” başlığı altında şagirdlərin hazırladığı musiqi səsləndirildi.