Şagirdlərimiz Azərbaycan əsgərinə məktub yazır.

Bilirik, cənab əsgər, əsgərlik öhdəsindən o qədər də asanlıqla gəlinə biləcək bir peşə, bir vəzifə deyil. Əsgər olmaq böyük və müqəddəs bir amaldır. Əsgərlərimizdə bu amal uğrunda silaha sarılıb, vətənin keşiyində dayanıb...Əsgərlər bizdən fərqli olaraq tozlu, torpaqlı, düşmən snayperlərinin nişangahındakı səngərlərdə gecələyir. Hər anı ölüm saçan səngər... O səngər ki,əsgər orada addımladıqca, biz, bütün Azərbaycan xalqı düşmən tapdağı altındakı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına böyük ümidlər bəsləyirik. Evinə çevrilən o səngərdə ayazlı, şaxtalı qış günlərinə baxmayaraq, sərt soyuğun belə gücü əsgərin cadarlanmış barmaqlarının hərəkətinə mane ola bilmir. Artıq müstəqillik illərindəki kimi deyil. Azərbaycan özünün milli silahlarını istehsal edir. Bu bizim üçün əlavə üstünlükdür. Əsgərlərimiz düşməni Azərbaycan istehsalı olan milli silahlarla məhv edir və məhv edəcəkdə.Artıq 20 ildən çoxdur ki, Azərbaycanın, Azərbaycanımızın 20 faizdən çox müqəddəs torpağı mənfur düşmənlərin, ermənilərin tapdağı alındadır. Fərq etməz, erməni, ya qeyri-erməni, düşmənlərdən vətənimizi, vətənimizin hər qarışını əsgərlərimiz qoruyur. Əsgərlərimiz hərbi andı qəbul edən zaman necə hayqırırdılarsa?! “Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımı və canımı əsirgəməyəcəyəm”. Bilirik ki, hər bir əsgər bu Hərbi Andına sadiqdir...Şagirdlərdə əsgərlərimizə çoxsaylı məktublar yazır,onlarda ruh yüksəkliyinin yaranmasında öz əllərindən gələni edir və arxa cəbhədə belə əsgərlərimizin yanında olduqlarını qeyd edirlər.Allah əsgərlərimizi qorusun. İnşallah tezliklə üçrəngli şanlı Azərbaycanın bayrağını Şuşa qalasında, Cıdır düzündə əsgərlərimizin sancacağına ümid çoxdur. Bir sözlə, ümid sənədir ancaq, Azərbaycan əsgəri!!