Məhəmməd Füzulinin 530-illiyi keçirildi

  Bu il dahi şair M Füzulinin 530-illiyi qeyd olunur. M.Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.

  Məktəbin ibtidai və yuxarı sinif şagirdləri arasında M.Füzulinin 530-illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə 5 "C" sinif şagirdləri "Meyvələrin söhbəti" , 9"A" sinif şagirdləri isə "Leyli və Məcnun" əsərində ana və qızın dioloqunu səhnələşdirmişdir. Tədbirin davamı məktəb kitabxanasında kitab sərgisi ilə davam etmişdir. Şagirdlər M.Füzulinin yaradıcılığına dair video roliklərə baxmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi