Sertifikasiya barədə maarifləndirici görüş keçirildi
04.03.2024-cü il tarixdə Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsilverənlərin sertifikasiyası barədə aidiyyatı müəllimlərlə maarifləndirici görüş keçirilmişdir. Görüşdə test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edildiyi, hər düzgün cavab 1 balla qiymətləndirildiyi, bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirildiyi və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edildiyi barədə məlumat verilmişdir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) hazırladığı təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi əsasında maarifləndirici görüş davam etdirilmişdir.