5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

17 mart tarixlərində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimləri Əliyev Tamerlan, Əsgərova İnarə və Qasımova Röyanın təşkilatçılığı ilə idman həftəsi keçirilmişdir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilmişdir. 

   "İdman həftəsi" layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

 Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi