Xocalı qurbanları yad edilib

   Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti məktəbdə Xocalı faciəsinin 32-ci il dönümünə həsr olunmuş "Xocalı bız qayıtmışıq" adlı tədbir keçirtdi. Tədbirdə RİH Başçısı ,rayonun ictimai təşkilatlarının nümayəndələri, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri ,veteranları, və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Tədbir iştirakçıları məktəbin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgiyə tamaşa ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilmiş, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asəf Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi , ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi