Şagirdlərə sağlam qidalanma haqqında məlumat verdilər
Fevralın 14-də məktəbin 5, 6, 7 - ci sinifləri arasında məktəbin həkimi Aygün xanım sağlam qidalanma mövzusunda müzakirə aparmışdır. Uşaqlara sağlam qidalanmanın orqanizmə təsiri, xəstəliklərdən qorunmaq , immunitetin güclənməsində sağlam qidalanmanın rolu haqqında danışıldı. Böyüyən orqanizmin zülallara, yağlara, karbohidratlara, vitaminlərə mikroelementlərə olan tələbatının qidalar vasitəsilə ödənilməsi haqqında məlumat verildi.