“Sağlam məktəbli” maarifləndirici layihəsi həyata keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam məktəbli” maarifləndirici layihəsi həyata keçirilir.
Layihə Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.
“Sağlam məktəbli” maarifləndirici layihəsi çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 1 nömrəli tam orta məktəbdə keçirilmişdir. Görüşdə məktəblilərə “Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin olması şərtdir” mövzusunda təqdimatlar edilib. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb. Eyni zamanda görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Təlimçi – Nəzakət Abasova – AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının əməkdaşı
Fatma Abdulla – AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı