Zəfər günün mübarək, Azərbaycan!
07.11.2023 tarixdə Namiq Axundov adına tam orta məktəbin 8-9-cu sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Cəfərova Leyla tərəfindən "Zəfər Günü" nə həsr edilmiş dərs-diskussiya təşkil edilmişdir. Dərs Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin ruhuna sayğı duruşu ilə başlamışdır. Dərsdə 30 illik erməni işğalına son qoyulmasından, separatizm hərəkatının məhv edilməsindən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin şücaətlərindən bəhs edilmişdir. Eyni zamanda Nyu-Yorkda Ermənistan rəsmiləri tərəfindən erməni icmasına xitabən irəli sürülmüş "Yeni müharibə, yeni torpaqlar" irticaçı şüarına Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən verilmiş adekvat diplomatik cavab, sonrakı hadisələr məntiqi ardıcıllıqla müzakirə edildi.
İlham Əliyev və qətiyyətli rəhbərliyi ilə müzəffər ordumuzun rəşadəti sayəsində torpaqlarımızın azad edilməsi, 30 ilə yaxın davam etmiş ədalətsizliyə son qoyulması məqamlarına toxunuldu.
Hazırda Azərbaycanın Müzəffər Ordusu Xankəndidə Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunmuş "Qələbə Günü"nə hazırlaşması barədə şagirdlərə məlumat verildi.